Press "Enter" to skip to content

Lənkəran şəhərində yeni Bakcell mağazası açılıb

Son yeniləmə: 22 Fevral 2022 17:27

Bayraqdar.info – Bakcell Lənkəran şəhərində yenilənmiş konsept mağazasını istifadəyə verib. Müştərilərin rahatlığını təmin etmək məqsədilə yeni dükan özündə müştəri xidməti, eyni zamanda nömrə vəaksessuar satışıfunksiyasını birləşdirərək “hər şey bir arada” innovativkonsepsiyası əsasında qurulub.

Bayraqdar.info-ya verilən mılumata görə, Lənkəran şəh., Həzi Aslanov xiyabanı 26 (Lənkəran Dövlət Universiteti ilə üzbəüz)ünvanında yerləşən yeni mağazanın qurulmasıda müştəriyönümlü yanaşmadan istifadə edilib. “Əminəm ki, bu konsept mağazadaLənkəranda yaşayan bütünmüştərilərimizə daha üstün keyfiyyətli xidmət göstərəcəyik, çünki bütün yeni açılan mərkəzlərimizdə olduğu kimi, burada da bütün xidmət prosesi “hər şeyin mərkəzində müştəri dayanır” yanaşması üzərində qurulub.Xidmətlərimizi Azərbaycanın bütün regionlarında yaşayan abunəçilərimiz üçün daha əlçatan etmək məqsədilə biz ölkənin müxtəlif şəhər və rayonlarında yeni konsept mağazaların qurulmasını davam etdirəcəyik”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.

Qeyd edək ki, Bakcell şirkəti bu ilin sonunadək bir neçə yeni mağazanın açılışını planlaşdırıb.
2021-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu gün Bakcell şəbəkəsi 9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9 faizini, ölkə ərazisinin isə 92.6 faizini əhatə edir.

Mission News Theme by Compete Themes.