Press "Enter" to skip to content

Qara Qarayevə “İdman ustası” dərəcəsi verildi

Qara Qarayev

Son yeniləmə: 22 Fevral 2022 18:01

Bayraqdar.info – Fevralın 22-də “Qarabağ” futbol klubunun oyunçusu Qara Qarayevə “İdman ustası” dərəcəsi təqdim edilib. İdman dərəcəsinə layiq görülən futbolçuya “İdman ustası” vəsiqəsini gənclər və idman nazirinin müavini Mariana Vasileva, müvafiq döş nişanını isə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov təqdim ediblər.

Xəbər bayraqdar.info-ya defralın 22-də Gənclər və İdman Nazirliyindən verilib. Bu dərəcəyə layiq görüldüyü üçün minnətdarlığını bildirən Qara Qarayev nazir müavininə öz adı yazılmış futbolçu köynəyini hədiyyə edib. Təqdimatda iştirak edən komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşən Mariana Vasileva “Marsel”lə oyunda “Qarabağ”a uğurlar arzulayıb.

Mission News Theme by Compete Themes.