Press "Enter" to skip to content

Kıbrıs türkləri türk və müsəlman olmağın bədəlini ödəyir

Son yeniləmə: 23 Fevral 2022 21:08

Prof. Dr. Hüseyin Işıksal: Kıbrıs türkləri ilə Avropada yaşayan müsəlmanların məruz qaldıqları qeyri-insani embarqo və təcridin mənbəyi oxşardır

Bayraqdar.info – Kıbrıs türkləri türk və müsəlman olmağın bədəlini ödəyir.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyəti Cümhurbaşqanının Uluslararası ilişkilər və diplomatiya özəl müşaviri Prof. Dr. Hüseyin Işıksal deyib.

KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, Prof. Dr. H.Işıksal İslam Əməkdaşlıq Təşkilatı və Türkiyənin birgə təşkil etdiyi “Müsəlmanların üzləşdikləri insan haqları problemləri” mövzusundakı konfransda KKTC-ni təmsil edib.

İstanbulda keçirilən konfransda “Avropada müsəlmanların durumu və Kıbrıslı türklər” adlı məruzə ilə çıxış edən Prof. Dr. H.Işıksal öncə KKTC Cümhurbaşqanı Ersin Tatarın İslam dünyasına salamlarını çatdırıb.

Çıxışında o, qeyd edib ki, Kıbrıs türklərinin müstəqil dövlətə malik bir xalq olaraq Avropada yaşayan müsəlmanların vəziyyətindən fərqli durumda olmalarına baxmayaraq, məruz qaldıqları qeyri-insani embarqo və təcridin mənbəyi oxşardır.

Müsəlman və türklərin öz haqlarını tələb etməsi avropalıların xoşuna gəlmir

Avropada yaşayan müsəlmanlar və kıbrıslı türklərin uğradıqları haqsızlıqlarla bağlı paralellər aparan məruzəçi maraqlı məqamlara toxunub. Bildirib ki, 60-cı illərdə Avropaya işləmək üçün gələn müsəlmanlar avropalıların etmək istəmədikləri ağır işləri görürdülər. O zaman avropalılar müsəlmanları problem kimi qəbul etmirdilər. Ancaq elə ki müsəlmanlar əsas hüquq və azadlıqlar tələb etməyə başalıdlar o zaman vəziyyət dəyişdi.

Bu nöqtədən sonra məscidlərdən tutmuş qadınların baş örtüyünə qədər hər şeyin önə çıxmağa və problem kimi qəbul olunmağa başladığını deyən məruzəçi, ifrat sağçı partiya və qrupların da bu vəziyyətdən sui-istifadə etdiyini bildirib.

Prof. Dr. H.Işıksal Kıbrıs türklərinin də 1960-cı ildə silah gücü ilə Kıbrıs Cümhuriyyətindən qovulmasından sonra Rum tərəfinin suverenliyini və özlərinin azlıq təşkil etmələrini qəbul etmədikləri üçün qeyri-insani rəftara məruz qaldıqlarını ifadə edib.

Kıbrıs türklərinin xalq olmasının beynəlxalq və siyasi əsaslarını ətraflı izah edən H.Işıksal, onların beynəlxalq hüquqa görə bir xalq olduğunu və 1960-cı ildə Kıbrıs Cümhuriyyətindən silah gücünə qovulmasının bu hüququn itirildiyi anlamına gəlmədiyini vurğulayıb.

Ersin Tatarın irəli sürdüyü prinsip yeni tələb deyil

Çıxışda Cümhurbaşqanı Ersin Tatarın irəli sürdüyü bərabər beynəlxalq status və suveren bərabərlik tezisinin yeni tələb olmadığı, bunun Kıbrıs türk xalqının artıq mövcud olan və Rum tərəfinin unutmağa çalışdığı hüquqların bir daha təsdiqi olduğu izah edilib. H.Işıksal bu nöqtədən heç vaxt geri dönüş olmayacağını qeyd edib.

O, çıxışında KKTC haqqında da geniş bilgilər verib.

KKTC-nin bir dövlətin malik olması lazım olan bütün xüsusiyyətlərə olan tam demokratik və dünyanın 20 ölkəsində nümayəndələrə malik dövlət olduğu bəyan edilib.

KKTC-yə qarşı embarqolara son qoyulmalıdır

Bununla belə, o, bütün bunlara baxmayaraq, Kıbrıs türklərinin, xüsusən də sərbəst uçuş, birbaşa ticarət və idman sahələrində qeyri-insani embarqolara məruz qalmağa davam etdiyini və bunun sonlanmasının vaxtının çatdığını bildirib.

H.Işıksal çıxışının sonunda KKTC olaraq embarqonun aradan qaldırılması üçün müsəlman ölkələrindən dəstək gözlədiklərini vurğulayaraq, müsəlman ölkələri öz fərdi maraqlarını bir kənara qoyub ortaq maraqlar uğrunda mübarizə aparmayınca, nəticə əldə etməyin çətin olduğunu vurğulayıb.

KKTC təmsilçisindən İslam Əməkdaşlıq Təşkilatına çağırş

Kıbrıs türklərinin həm də türklüyü və müsəlmanlığı bu adada unutdurmağa çalışanlara qarşı mübarəzə apardıqlarını vurğulayan H.İşıksal, bu mübarizədə KKTC türkərinin müsəlman dünyası tərəfindən tək buraxılmamasının vacibliyini vurğulayıb. O, KKTC-nin İslam Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edilməsinə dair çağırış edib.

Mission News Theme by Compete Themes.