Press "Enter" to skip to content

Məktəbdənkənar təhsil müəssisələrində Xocalı soyqırımının 30-cu ildönümü

Məktəbdənkənar təhsil müəssisələrində Xocalı soyqırımının 30-cu ildönümü

Son yeniləmə: 23 Fevral 2022 18:46

Bayraqdar.info – Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri tərəfindən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

“Belə ki, 1, 2, 3 nömrəli uşaq gənclər inkişaf mərkəzləri, Gənclərin Respublika Bədii Yaradıcılıq Evi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən açıq dərs, “dəyirmi masa”, ədəbi-bədii kompozisiyaların, Ana Harayı abidəsinə məktəblilərin ziyarətinin təşkil olunması, həmçinin dərnək üzvləri tərəfindən hazırlanan videoçarxların sosial şəbəkələr vasitəsilə yayımlanması nəzərdə tutulur.

“Bundan başqa, sözügedən məktəbdənkənar təhsil müəssisələrinin təşkilatçılığı ilə “Xocalı qan yaddaşımız”, “Xocalı bu gün”, “Qanayan yaramız Xocalı”, “Xocalıda uşaqlar”, “Xocalı harayı”, “Yaddaşlarda qalan tarix”, “Xocalının gələcəyi” adlı rəsm və əl işlərindən ibarət sərgilərin keçirilməsi, faciədən bəhs edən sənədli filmlərin dərnək üzvləri tərəfindən izlənilməsi planlaşdırılır.

“Qeyd edək ki, tədbirlərin təşkil olunmasında əsas məqsəd soyqırımda həlak olanların xatirəsini ehtiramla yad etmək, uşaq və gənclərdə vətənpərvərlik hissini yüksəltmək, qətliam zamanı xalqımıza qarşı törədilən amansız cinayətlər barədə onlara ətraflı məlumat verməkdən ibarətdir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.