Press "Enter" to skip to content

Tarix Muzeyində “Yurdumuza Novruz gəlir, yaz gəlir” ustad dərsi

Tarix Muzeyində ustad dərsləri

Son yeniləmə: 23 Fevral 2022 17:24

Bayraqdar.info – AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə “Yurdumuza Novruz gəlir, yaz gəlir” adlı ustad dərsi keçirilib.

Bu barədə fevralın 23-də bayraqdar.info-ya Muzeydən məlumat verilib. Bildirilib ki, ustad dərsində Qobu rayonu 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

“Novruz təbiətə nur, torpağa hərarət, ürəklərə sonsuz sevinc, sevgi bəxş edir. Novruzu hamı xoş duyğularla gözləyir.

“Muzeyin elmi katibi Sevinc Nəsirova şagirdlərə Novruz bayramının və çərşənbələrin mahiyyəti, bayramla bağlı adət-ənənələr, mərasimlər, oyun-tamaşalar haqqında məlumat verib. Sonra şagirdlər yumurta formasında olan gips fiqurlar üzərində rəngləmələr aparıb, kəndir dartma oyunu oynayıb, Novruz bayramı atributlarını tanımaq üçün komandalar şəklində digər oyunlar oynayıblar.

“Sonda şagirdlərə hədiyyələr paylanılıb və Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə, “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” sərgisinə ekskursiya təşkil olunub”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.