Press "Enter" to skip to content

Zirehli texnikaların heyətləri ilə praktiki çalışma – VİDEO

Hərbi texnikalar

Son yeniləmə: 23 Fevral 2022 16:27

Bayraqdar.info – 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

İcra olunan çalışmalarda əsas məqsəd sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərini, eləcə də tuşlayıcı operatorların texnikadan hərəkətdə və dayanaraq atəş açma bacarıqlarını təkmilləşdirməklə bərabər, mexanikləşdirilmiş və tank bölmələrinin döyüş hazırlığının daha da yüksəldilməsidir.

Fevralın 23-də Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Mission News Theme by Compete Themes.