Press "Enter" to skip to content

Krım tatarlarının lideri Rusiyanın Ukraynaya təcavüzü haqqında – VİDEO

Mustafa Abdulcəmil Krımoğlu

Bayraqdar.info – Krım tatarlarının milli lideri, əfsanəvi davam adamı, Ukrayna millət vəkili Mustafa Abdulcəmil Krımoğlu Rusiyanın Ukraynaya hərbi təcavüzü haqqında Qırım Haber Ajansına açıqlama verib. O, açıqlamasında durumun çətin olduğunu, lakin Ukrayna xalqının təslim olmayacağını deyib.

M.A.Krımoğlu açıqlamasına “Krım tatar xalqı Türkiyədən dəstək gözləyir. Türkiyə Cümhurbaşqanının baş müşaviri ilə əlaqə saxladım. Türkiyədən daha artıq dəstək istədim” sözlərini də əlavə edib.

M.A.Krımoğlu onu da bildirib ki, Türkiyənin müxalif siyasi partiyalarının təmsilçiləri onunla əlaqə saxlayaraq bu çətin anlarda dəstək ifadə ediblər.

Mission News Theme by Compete Themes.