Press "Enter" to skip to content

Mərkəzi Elmi Kitabxanada Xocalı soyqırımına həsr olunmuş virtual sərgi

Xocalı virtual sərgisi

Son yeniləmə: 24 Fevral 2022 16:57

Bayraqdar.info – AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş virtual sərgi təşkil edilib.

MEK-dən bayraqdar.info-ya bildirilib ki, virtual sərgidə erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı özündə əks etdirən nəşrlər təqdim olunub. Burada “Xocalı, şəhidlər danışır”(2018), “Qarabağda talan var…”(1996), “Erməni terroru. Armenian terror.”(2005), “Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti tarixindən”, “Xocalı faciəsi” (1993), “Xocalı soyqırımı” (2012), “Xocalı qırğını” (1992) və digər nəşrlər yer alıb.

“Qeyd edək ki, MEK-in sərgi salonunda, həmçinin ənənəvi formada sərgi təşkil edilib. Oxuculara təqdim edilən bu kitablarda Azərbaycan xalqının bəşəri faciəsindən bəhs edilir. Burada verilən materiallar bu soyqırımının dəhşətini bir daha göz önündə canlandırır”, – deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.