Press "Enter" to skip to content

Mehriban Əliyeva Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb

Mehriban xanım Əliyeva

Bayraqdar.info – Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyanın aparıcı KİV rəhbərləri ilə TASS agentliyində keçirilən görüşdə Azərbaycanın pandemiyaya qarşı mübarizə təcrübəsindən danışıb.

Bayraqdar.info AzərTAC-a istinadla xəbər verir ki, M.Əliyeva Azərbaycanda birinci mərhələdə sərhədlərin bağlanması barədə qərarı kifayət qədər tez qəbul olunduğunu diqqətə çatdırıb.

“Bu, əlbəttə, müəyyən dərəcədə kömək etdi, lakin hadisələrin sonrakı gedişi göstərdi ki, güclü, ciddi karantin rejimləri nə dərəcədə kifayət imiş. Bundan başqa tez bir zamanda daha bir vacib tədbir görülməli idi və komanda bu işin öhdəsindən gəldi. Təbii ki, səhiyyə sahəsində bizim zəif yerlərimiz gözdən keçirilməli idi, çünki əsas problem – səhiyyə sistemində kollaps idi və artıq təxminən aprel ayında bizdə nəyin çatışmadığını bilirdik. Biz qısa müddətdə on, sonradan isə daha iki – cəmi 12 modul tipli xəstəxana ala bildik”, – deyə Birinci vitse-prezident bildirib.

Mehriban Əliyeva daha sonra Azərbaycanda vaksinasiya prosesinin gedişindən, bu prosesdə Azərbaycan Prezidentinin əhaliyə müraciət və tövsiyələrinin əhəmiyyətindən, komanda işinin uğurlu nəticələrindən bəhs edib.

Mission News Theme by Compete Themes.