Press "Enter" to skip to content

“Atletiko Madrid” – “Mançester Yunayted” oyununda “Xocalıya ədalət!” posteri

Son yeniləmə: 25 Fevral 2022 17:59

Bayraqdar.info – Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Çexiyanın “Vanda Metropolitano” stadionunda “Xocalıya ədalət!” şüarının əks olunduğu poster nümayiş etdirilib. Bu hadisə Çempionlar Liqasının “Atletiko Madrid” – “Mançester Yunayted” futbol klublarının qarşılaşması zamanı baş verib.

Bu barədə bayraqdar.info-ya fevralın 25-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Çexiyada yaşayan gənc soydaşımız Fərid Əmrəliyev Xocalı soyqırımı həqiqətlərinə əcnəbi qonaqların diqqətini cəlb etmək məqsədilə stadionda “Xocalıya ədalət” şüarının əks olunduğu poster açıb. Stadion əməkdaşlarının posteri yığışdırmaqla bağlı israrlı təkidlərinə baxmayaraq, Fərid Əmrəliyev onun bir neçə dəqiqə ərazində nümayiş etdirilməsinə nail ola bilib.

Qeyd edək ki, Çex Respublikası parlament səviyyəsində Xocalı soyqırımını tanıyan ölkələrdən biridir.

Mission News Theme by Compete Themes.