Press "Enter" to skip to content

Dövlət Xidməti gələcək hakimlərin tədris prosesində

Son yeniləmə: 25 Fevral 2022 18:07

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə “İstehlakçı hüquqlarının müdafiə mexanizmləri” mövzusu hakimliyə namizədlərin tədris proqramına daxil edilib.

Bu barədə bayraqdar.info-ya Dövlət Xidmətindən məlumat veirlib.

Bildirlib ki, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının təşkil etdiyi hakimliyə namizədlərin ilkin uzunmüddətli hazırlıq kursu proqramında qeyd olunan mövzu üzrə Dövlət Xidmətinin nümayəndələri tərəfindən ilk onlayn mühazirə keçirilib.

Tədris zamanı hakimliyə namizədlərə Xidmətin fəaliyyət istiqamətləri,istehlakçı anlayışı, istehlakçıların əsas hüquq və vəzifələri barədə məlumat verilib. Bununla yanaşı,malın və ya xidmətin qüsurlu olduğu hallarda istehlakçıların hüquqları, istehlakçıların hüquqlarının pozulmasına görə məsuliyyət tədbirləri, istehlakçı hüquqlarının müvafiq inzibati orqanlar tərəfindən müdafiəsi və istehlakçı hüquqlarının məhkəmə müdafiəsinin hədləriilə bağlıməsələlərhakimliyə namizədlərin diqqətinə çatdırılıb.

Namizədlərlə həmçinin, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı mövcud təcrübə və məhkəmə aktları əsasındamüzakirələr aparılıb, suallar cavablandırılıb.

Mission News Theme by Compete Themes.