Press "Enter" to skip to content

“Sonsuz dəhliz” filmi nümayiş olunub

ASCO

Son yeniləmə: 26 Fevral 2022 16:24

Bayraqdar.info – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində çəkilmiş “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub.

ASCO-dan bayraqdar.info-ya fevralın 25-də verilən məlumatda deyilir ki, filmin nümayişində Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri iştirak ediblər. Tələbələr filmi böyük maraqla izləyiblər.

“Qeyd edək ki, litvalı rejissor Aleksandras Brokasın Xocalı soyqırımından söz açan sənədli filminin sujet xətti real hadisələr və kütləvi qırğını öz gözü ilə görmüş insanların xatirələri əsasında qurulub. Litvalı jurnalist Riçardas Lapaytis Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini və Xocalı soyqırımını işıqlandırıb, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb və ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də yaxınlarını itirən insanların hekayələrini dinləyib.

“Ekran işinin çəkilişləri 5 il davam edib və bir çox nüfuzlu mükafatlara layiq görülüb”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.