Press "Enter" to skip to content

Bu cinayətin səbəbkarları məhkəmə qarşısında cavab verməlidir

Son yeniləmə: 28 Fevral 2022 20:20

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən bir sıra tədbirlər keçirilib

Bayraqdar.info – Xocalı soyqırmının 30-cu ildönümü ilə bağlı Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən bir sıra tədbirlər keçirilib.

Dərnəkdən bayraqdar.info-ya verilən məlumata görə, Eskişehir Yunus Əmrə Mədəniyyət və Sənət Mərkəzində faciəyə həsr edilmiş “Dinməyən fəryad- Xocalı soyqırımı” mövzusunda panel, həmçinin fotosərgi təşkil edilib. Tədbirlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, MHP Eskişehir millət vəkili Metin Nurullah Sazak, Eskişehir vali müavini Salih Altun, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini Pərviz Məmmədzadə, siyasi partiya və qeyri-hökumət təşkilatları nümayəndələri, o cümlədən şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Paneldən öncə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyevin başçılığı ilə diaspor nümayəndə heyəti və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini Pərviz Məmmədzadə bu şəhərdə təhsil alan azərbaycanlı gənclərlə görüşüb.

Sonra öz işinə başlayan paneldə şəhidlərin ruhu yad edilib və dövlət himnləri səsləndirilib.

Eskişehir Azərbaycanlılar Dərnəyinin sədr müavini Sirac Yaquboğlunun moderatorluğu ilə keçən paneldə öncə Diasporla İş üzrə Dövlət Komitəsi sədr müavini V.Hacıyev, MHP Eskişehir millət vəkili M.N.Sazak və Eskişehir vali müavini S.Altun çıxış ediblər.

V.Hacıyev çıxışında Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı işlənən tarixin ən ağır cinayətlərindən biri olduğunu vurğulayıb. Sədr müavini həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə edilən şanlı Zəfərimiz barəsində danışıb.

Digər çıxışlarda da bu soyqırmının bəşəriyyət əleyhinə cinayət olduğu bəyan edilib. Bildirilib ki, erməni vandalları tərəfindən xalqlarımıza və ölkələrimizə qarşı həyata keçirilən bütün cinayətlərin böyük bir hissəsinin izləri isə müasir dünyanın gözü qarşısında Ikinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizdə üzə çıxır. O da qeyd edilib ki, insanlığa qarşı törədilən bu cinayətin səbəbkarları məhkəmə qarşısında cavab verməlidir.

Sonra Prof. Dr. Əmir Əliyevin və Prof. Dr. Mehmet Topalın Xocalı soyqırımı ilə bağlı geniş məruzələri dinlənilib. Məruzələrdə bu faciənin baş vermə səbəbi, ermənilərin uzun əsrlər boyu türk xalqlarına qarşı həyata keçirdikləri qətliamlar, həmçinin Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib.

Sonda paneldə çıxış edənlərə plaket təqdim edilib.

Mission News Theme by Compete Themes.