Press "Enter" to skip to content

“Təlimçilər üçün təlim” proqramı

Son yeniləmə: 28 Fevral 2022 19:05

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi “Məşğulluğa dəstək layihəsi” davam edir. Layihə çərçivəsində və Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Öz biznesinə başla və təkmilləşdir” proqramının yenilənmiş nəşri əsasında “Təlimçilər üçün təlim” proqramına başlanılıb.

Bu barədə bayraqdar.info-ya fevralın 28-də Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, xüsusilə regionlarda potensial sahibkarlar üçün “Öz biznesinə başla və təkmilləşdir” kurslarının müvəffəqiyyətlə həyata keçirilməsinə nail olmaq məqsədilə Bakı və Gəncə şəhərlərində ümumilikdə 4 təlimin keçirilməsi nəzərdə tutulur.

Təlim paketindən əlavə olaraq iştirakçılara psixomotivasiya, maliyyə savadlılığı, yaşıl biznes, biznesin qeydiyyata alınması və vergitutma, maya dəyərinin müəyyən edilməsi kimi mövzularla bağlı təlimlər də keçiriləcək.

Layihə çərçivəsində 100-dən çox yeni təlimçinin hazırlanması nəzərdə tutulub. Təlimin sonunda iştirakçılara BƏT-in iştirakçı sertifikatı veriləcək.

“Məşğulluğa dəstək layihəsi” çərçivəsində həssas kateqoriyalardan olan 22 min işsiz şəxsin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.