Press "Enter" to skip to content

Beynəlxalq Qadınlar Gününə həsr olunan sərgi

Son yeniləmə: 5 Mart 2022 12:27

Bayraqdar.info – Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi açılacaq.

Bu barədə Mədəniyyət Nazirliyindən bayraqdar.info -ya bildirilib ki, sərgi cəmiyyətdə qadının roluna diqqət çəkmək, onların yaradıcılığının dəstəklənməsi, rəssamlıq sənətinə marağı artırmaq məqsədilə keçirilir.

Həmçinin, 30-a yaxın rəssamın əsərlərinin nümayiş edildiyi sərgi Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan bu mövzuya həsr olunan əsərlərin təbliği məqsədilə keçiriləcək. Martın 7-də açılacaq sərgiyə giriş sərbəstdir.

Mission News Theme by Compete Themes.