Press "Enter" to skip to content

Məktəbin çökməsi nəticəsində çoxlu tələfatın olması yalan xəbərdir – TN

Nehrəm qəsəbəsəində məktəb çöküb

Son yeniləmə: 31 Mart 2022 18:12

Bayraqdar.info – “Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur”. Bu barədə martın 31-də Təhsil Nazirliyindən bayraqdar.info-ya bildirilib.

Nazirlik aidiyyatı qurumlara istinadən bildirir ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər. Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Mission News Theme by Compete Themes.