Press "Enter" to skip to content

TÜRKSOY-un Baş katibinə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”

Anar Kərimov və Düsen Kaseinov

Son yeniləmə: 1 Aprel 2022 11:48

Bayraqdar.info – Mədəniyyət naziri Anar Kərimov Türkiyə səfəri çərçivəsində TÜRKSOY-un Baş katibi Düsen Kurabay oğlu Kaseinova “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”nu təqdim edib.

Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya aprelin 1-də verilən xəbərdə qeyd edilib ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. D.Kaseinov TÜRKSOY-da səmərəli fəaliyyətinə və təşkilatın üzv dövlətləri arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə təltif olunub.

Mission News Theme by Compete Themes.