Press "Enter" to skip to content

Ermənistan Baş nazirinin Azərbaycan Prezidenti ilə görüşü müzakirə edilir

Armen Grigoryan

Bayraqdar.info – Bu haqda xəbəri mayın 5-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan verib.

Ermənistandakı mənbələrin verdiyi xəbərə görə, A.Grigoryan hökumətin brifinqində bu haqda danışıb.

Ermənistan rəsmisi bildirib ki, hazırda sərhədlərin delimitasiyası və demarkasiyasıyla bağlı müzakirələr aparılır. O, qeyd edib ki, Ermənistanın bu yöndə tənzimləməli olduğu bəzi aspektlər var. Bunlar məsələyə yanaşma və işçi qrupla bağlıdır.

“Rəsmi Yerevanı narahat edən məsələlərə cavab tapılan kimi strukturun formalaşdırılması üçün görüş təşkil ediləcək. Eyni zamanda Baş nazir N.Paşinyanın Prezident İ.Əliyevlə görüşünün mümkünlüyü müzakirə edilir”, – deyə Ermənistan rəsmisi bildirib.

Mission News Theme by Compete Themes.