Press "Enter" to skip to content

“Müzəffər ordunun qalib igidləri”

Bayraqdar.info – “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər ordunun qalib igidləri” adlı kitabın yazılması layihəsini həyata keçirir.

Birliyin sədri F.Əsədullayeva bayraqdar.info-ya bildirib ki, layihənin həyata keçirilməsində məqsəd Vətən müharibəsinin qəhrəmanlarını yazılacaq kitabla daha geniş miqyasda təbliğ etməklə cəmiyyəti maarifləndirmək və onların hər birinin haqqında ətraflı informasiyanı gələcək nəsillərə çatdırmaqdır.

Onun sözlərinə görə, layihə ilə əlqədar olaraq aprel ayında Masallı rayonunda ezamiyyətdə olaraq şəhid ailələrində görüşlər keçirib. Birlik sədri yazacağı şəhidlər haqqında lazımi məlumatlar toplayıb.

“Bundan sonra Bakıya geri dönərək şəhidlərin döyüş yoldaşlarını tapıb, onlarla da görüşərək şəhidlərin döyüş yollarını öyrəndim. Onların göstərdikləri igidliklər haqqında məlumatlar aldım. May ayında isə Bakıda şəhid ailələr ilə görüşəcəyəm”, – deyə F.Əsədullayeva qeyd edib.

Onun sözlərinə görə, layihə 6 ay ərzində həyata keçiriləcək. Kitab Qazax, Masallı və Bakıdan olan əlli şəhid haqqında yazılacaq. Sonra adı çəkilən yerlərdə kitabın təqdimatı keçiriləcək.

Mission News Theme by Compete Themes.