Press "Enter" to skip to content

“Tənzimat dövrü türk ədəbiyyatı” mövzusunda ustad dərsi

Bakı Dövlət Universiteti

Bayraqdar.info – Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrası və Mərmərə Universitetinin təşkilatçılığı ilə “Tənzimat dövrü türk ədəbiyyatı” mövzusunda onlayn ustad dərsi keçirilib.

Bu barədə bayraqdar.info-ya mayın 5-də BDU-dan məlumat verilib.

Bildirilib ki, tədbirdə məruzə ilə çıxış edən Mərmərə Universitetinin Türkiyat Araşdırmaları İnstitutunun Türk dili və ədəbiyyatı bölməsinin dosenti Mehti Gəncəli 1839-cu ildə Osmanlı dövlətinin Tənzimat islahatının qəbul edilməsi haqqında məlumat verib: “Məruzəçi bu islahatın qəbulunun bilavasitə Avropanın təsiri ilə bağlı olduğunu vurğulayıb. Qeyd olunub ki, məhz buna görə də həmin dövrdə Avropa ədəbiyyatının türk ədəbiyyatına həm forma, həm də məzmunca təsirini özündə əks etdirən Tənzimat ədəbiyyatı yaranıb”.

“M.Gəncəli bildirib ki, bu dövrün türk ziyalıları, bir sıra dövlət xadimləri ədəbi islahat aparmaq, Avropa mütərəqqi ədəbiyyatından istifadə etmək məsələsini gündəmə gətirdiklərindən Avropadan, xüsusən Fransadan türk məktəbləri üçün müəllimlər dəvət olunur, orta məktəblərdə fransız dili tədris edilir, türklər təhsil almaq üçün Avropaya, xüsusən də Fransaya gedirdilər.

“Məruzəçi Tənzimat dövrü ədəbiyyatının nümayəndələrindən olan Şinasi, Namiq Kamal, Şəmsəddin Sami və digər ədiblər haqqında geniş məlumat verərək, onların əsərlərini təhlil edib.

“Sonra mövzu ilə bağlı müzakirələr aparılıb”, – deyə məlumatda qeyd olunub.

Mission News Theme by Compete Themes.