Press "Enter" to skip to content

Vaşinqtonda Azərbaycan Mədəniyyət Gecəsi

Bayraqdar.info – Vaşinqtonda “Azərbaycan Mədəniyyət Gecəsi” adlı caz konserti və qəbul keçirilib. Tədbir Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə Vaşinqtonun tarixi binlarından olan və ictimai siyasi tədbirlərin keçirildiyi məkan Meridian Beynəlxalq Mərkəzində ( Meridian İnternational Center) olub.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən bayraqdar.info-ya mayın 5-də məlumat verilib.

Mədəniyyət naziri Anar Kərimov və ABŞ-dakı səfirimiz Xəzər İbrahim

Bildirilib ki, ABŞ-da səfərdə olan mədəniyyət naziri Anar Kərimov və rəhbərlik etdiyi nümayəndə heyəti də tədbirə qatılıb. Tədbirdə ABŞ ictimai siyasi dairələrinin, diplomatik korpusun, beyin mərkəzlərinin nümayəndələri, Azərbaycan icmasının üzvləri və yerli amerikalılar iştirak edib.

Məlumata əsasən, tədbiri giriş sözü ilə açan səfir Xəzər İbrahim zəngin mədəniyyətə malik Azərbaycanda musiqiyə verilən dəyərdən danışıb. Səfir milli musiqimizin qorunub saxlanılması ilə yanaşı, müasir və dünya musiqisi, o cümlədən caz musiqisinin ölkəmizdə geniş yayılmasından bəhs edib və bu sahənin peşəkarlarından söhbət açıb.

Mədəniyyət naziri Anar Kərimov Azərbaycanın zəngin mədəniyyətinin bir hissəsi olan musiqidən bəhs edib. Nazir dünya caz həftəsinə təsadüfən edən tədbir kontekstində ölkəmizdə caz ənənələri, onun tarixi, xüsusilə də1960-70-ci illərdən başlayaraq Azərbaycanın Qafqazın caz mərkəzinə çevrilməsi, Vaqif Mustafazadə, Əzizə Mustafazadə kimi əvəzedilməz caz ifaçılarının yetişməsini vurğulayıb. A.Kərimov Qarabağın tarixən Azərbaycanın musiqi mərkəzi olması, bir sıra mötəbər musiqiçilərin məhz burada yetişməsini xüsusi qeyd edib.

Bildirilib ki, caz konsertində uzun illərdir ABŞ-da yaşayıb fəaliyyət göstərən peşəkar caz ifaçısı Əminə Fiqarovanın rəhbərlik etdiyi caz qrupu Azərbaycan musiqisinin motivlərindən ilhamlanaraq improvizə edilmiş etno-caz janrında musiqilər ifa edib. Konsertdə Vagif Mustafazadənin əsərləri üstünlük təşkil edib.

Musiqiçilərin özünəməxsus tərzdə ifa etdiyi “Laçın”musiqi parçası isə konsert iştirakçıları tərəfindən xüsusilə bəyənilib və sürəkli alqışlarla müşahidə olunub. Konsertdən sonra qəbul zamanı qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları təqdim edilib.

Mission News Theme by Compete Themes.