Press "Enter" to skip to content

Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar – VİDEO

Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar

Son yeniləmə: 6 May 2022 13:21

Bayraqdar.info – Mayın 6-da Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, Quru Qoşunlarının 2022-ci tədris ilinə hazırlıq planına uyğun olaraq hərbi qulluqçular arasında “Hərbi beşnövçülük” üzrə birincilik yarışları keçirilib.

“Açılış mərasimindən əvvəl ümummilli lideri Heydər Əliyevin, o cümlədən ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

“Qoşun növlərini və birləşmələri təmsil edən 10 komanda fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıb. Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, avtomatdan atış, qumbaraatma, 8 km məsafəyə kros və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.

“Yarışların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fiziki və psixoloji dözümlülüyünün yoxlanılması, eləcə də güclü komandaların tərkibinin müəyyən edilməsidir. Yekun nəticələrə əsasən qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.