Press "Enter" to skip to content

“Sən elə bir zirvəsən” Respublika ifa müsabiqəsi başa çatıb

“Sən elə bir zirvəsən” müsabiqəsi

Son yeniləmə: 6 May 2022 09:45

Bayraqdar.info – Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı Respublika ifa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi və yekun konserti keçirilib.

Bu barədə bayraqdar.info-ya mayın 6-da Təhsil Nazirliyindən bildirilib. Məlumatda deyilir ki, Nazirliyin sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında 4 nominasiya üzrə (şeir, bəstəkar mahnıları, təsnif və xalq mahnıları, milli rəqs) keçirilən müsabiqəyə 3 minə yaxın tələbə qatılıb. Müsabiqədə peşəkar münsiflər heyəti tərəfindən 86 qalib müəyyən olunub.

“Tədbirdə şagird və tələbələrin ifasında ümummilli liderə həsr olunmuş şeir və mahnılar səsləndirilib. Yekunda qaliblərə Nazirliyin diplom və hədiyyələri təqdim olunub.

“Qeyd edək ki, müsabiqənin məqsədi ümummilli lider H.Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında misilsiz xidmətlərini gənclərə aşılamaq, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı gəncləri üzə çıxarmaqdan ibarət olub”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.