Press "Enter" to skip to content

BVF nümayəndə heyəti Azərbaycanda səfərdədir

BFV nümayəndələri ilə görüş

Son yeniləmə: 31 May 2022 15:36

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BFV) nümayəndə heyəti ilə görüş olub.

Bu barədə bayraqdar.info-ya mayın 31-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhalinin sosial müdafiəsinin gücləndirilməsinin Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən olduğunu vurğulayıb.

Nazir Azərbaycanda aparılan sosial islahatları qeyd edən nazir xüsusilə son illər sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb: “Həmçinin 2022-ci ilin əvvəlindən Azərbaycanda sosial ödənişlərin artımını nəzərdə tutan növbəti islahat paketinin həyata keçirildiyi, 3,4 milyon şəxsi əhatə edən bu paket üçün illik əlavə 2,1 milyard manat ayrıldığı bildirilib. Ümumən son 4 ildə ölkəmizdə əmək müqavilələrinin sayının 30 faiz, əmək haqqı fondunun 2,2 dəfə artdığı bildirilib. Bu ilin 1 may tarixinə əmək müqavilələrinin sayında ilin əvvəlinə nisbətən 7 min artım olduğu qeyd edilib.Özünüməşğulluq proqramının dəfələrlə genişləndiyi, bu proqrama son 4 ildə 49 min ailənin cəlb edildiyi diqqətə çatdırılıb”.

Məlumata əsasən postmüharibə dövründə ölkəmizdə həyata keçirilən sosial dəstək tədbirlərinin artıq 100 min şəxsi əhatə etdiyi, onlara 175 min sosial xidmət göstərildiyi qeyd olunub: “Eləcə də son illər əmək və məşğulluq sahəsində innovativ həllərin geniş tətbiqi istiqamətində əldə olunan nailiyyətlər, “Əmək və Məşğulluq” altsistemi, onun əmək bazarı iştirakçıları üçün mühüm faydaları barədə məlumat verilib”.

Görüşdə Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Çad Şteyinberqin və nümayəndə heyətinin üzvlərinin fikirləri dinlənilib. Azərbaycanda son illər həyata keçirilən sosial islahatlara, əmək bazarındakı yeniliklərə dair müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.