Press "Enter" to skip to content

Azərbaycan icması Türk Günü Yürüşündə

Yürüş zamanı

Son yeniləmə: 1 İyun 2022 15:59

Bayraqdar.info – Nyu-York şəhərində keçirilən Türk Günü Yürüşündə ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Koordinasiya Şurası (AAKŞ) təmsil olunub.

Bu barədə bayraqdar.info-ya iyunun 1-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, AAKŞ üzvləri olan Azərbaycan-Amerika Qadın Cəmiyyəti, Nyu-York-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin bayraqları və cəmiyyətlərin bannerləri ilə bəzədilmiş xüsusi avtomobil Nyu-York şəhərinin Madison küçəsindən başlayan möhtəşəm karvanla birlikdə hərəkət edib. Azərbaycan musiqisinin sədaları altında irəliləyən avtomobillər və soydaşlarımız meqapolisin küçələrindən və tribuna önündən keçiblər.

Qeyd edilib ki, Türk Günü Yürüşü ilk dəfə 1981-ci ildə ABŞ-da erməni terror təşkilatı ASALA tərəfindən türk diplomatlarının şəhid edilməsinə cavab olaraq təşkil edilib: “Sonrakı illərdə ənənə halını alan Türk Günü Yürüşünün builki mövzusu “Aypara və Ulduzlu Yüzilliyə” olub”.

Mission News Theme by Compete Themes.