Press "Enter" to skip to content

Serbiya rəsmisi Azərbaycan Prezidentini təbrik etdi

İlham Əliyev və Zorana Mixayloviç

Bayraqdar.info – Prezident İlham Əliyev iyunun 1-də Serbiya Baş nazirinin müavini, mədən və energetika naziri Zorana Mixayloviçi qəbul edib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Z.Mixayloviç Azərbaycanın Ermənistanın işğalından azad edilmiş torpaqlarında dağıntılar barədə məlumatlı olduğunu bildirib. O, bununla əlaqədar ölkə və xalq naminə görülən işlər, o cümlədən azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma layihələri ilə bağlı dövlət başçısını təbrik edib.

Qonaq həm də Azərbaycan şirkətlərinin Serbiyada uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

İ.Əliyev də öz növbəsində işğal dövründə ermənilərin Azərbaycan torpaqlarında törətdiyi böyük dağıntılardan danışıb.

“Söhbət zamanı 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin regional və beynəlxalq əməkdaşlığın möhkəmkənməsi işinə töhfə verdiyi bildirildi, Z.Mixayloviçin sərgidə iştirakının önəmi qeyd edildi”, – deyə xəbərdə bildirilir.

Sonda qonaq Azərbaycan Prezidentinə hədiyyə təqdim edib.

Mission News Theme by Compete Themes.