Press "Enter" to skip to content

Dövlət Sosial Müdafiə Fondundan təqdiredici addım

Şuşadan olan pensiyaçılar doğma yurda səfər edir

Son yeniləmə: 2 İyun 2022 15:13

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu “Şuşa ili” çərçivəsində Şuşadan olan pensiyaçıların Şuşaya səfərini təşkil edib.

Bu barədə bayraqdar.info-ya iyunun 2-də Fonddan məlumat verilib.

Bildirilib ki, ikigünlük səfər zamanı pensiyaçılar Şuşada Yuxarı Gövhər ağa məscidini, məşhur sənətkar Bülbülün ev-muzeyini, Şərqdə opera janrının banisi Üzeyir Hacıbəylinin ev-muzeyini, eləcə də XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini ziyarət edəcəklər.

Səfər “Cıdır düzü”ndə təşkil olunan toplantı ilə başa çatacaq.

Mission News Theme by Compete Themes.