Press "Enter" to skip to content

Güney Azərbaycanlılar ədalət tələb edirlər

Məsud Pezeşkiyan

Son yeniləmə: 3 İyun 2022 14:35

Bayraqdar.info – Güney Azərbaycanın Təbriz şəhərinin İran parlamentindəki təmsilçisi Məsud Pezeşkiyan mediaya müsahibəsində Azərbaycan Mis Şirkətinin yaradılmasının vacibliyini vurğulayıb.

“Azərbaycanlılar ayrıseçkilik və ədalətsizliyi tam çılpaqlığı ilə hiss edirlər. Necə olur ki, İsfahanda sürət qatarının tikiləcəyi elan edildiyi halda Azərbaycanlılar 170 kilometrlik dəmir yolunun başa çatdırılmasını 20 il gözləməli olurlar”, – deyə M.Pezeşkiyan sual verib.

Deputat Kerman əyalətinin Azərbaycanın misi və sərvətləri hesabına günü-gündən inkişaf etdiyini, Vərziğanda isə adi bir idman zalının inşa edilmədiyini, bunun qəbuledilməz olduğunu qeyd edib.

“Görünür mübahisəli məsələlərdə kermanlıların çənəsi daha yaxşı işlədiyi üçün illərdir Azərbaycan Mis Şirkətinin yaradılmasına çalışmağımıza baxmayaraq bunun qarşısını ala biliblər” deyən M.Pezeşkiyan dövlət və parlamentin fars kermanlıları dəstəklədiyini dilə gətirib.

Qeyd edək ki, xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Mission News Theme by Compete Themes.