Press "Enter" to skip to content

Türkiyəli qonaq Bərdə bölgəsində görüşlər keçirib

Görüşdən xatirə şəkli

Bayraqdar.info – 2-4 iyun tarixləri arasında keçirilən INCSOS VII Qarabağ Beynəlxalq Sosial Elimlər Konqresinin tur cədvəli çərçivəsində Türkiyənin Düzce Universiteti Siyasi elmlər fakültəsinin dekanı, Prof. Dr. Ayfer Gedikli Bərdə Regional Mədəniyyət İdarəsində olub.

Qonaq burada İdarənin rəisi Vəsilə Möhsümova ilə görüşüb. Görüş çərçivəsində o, İdarənin fəaliyyəti ilə yaxından tanış olub və əməkdaşlarla görüşərək öz təəssüratlarını bölüşüb.

İdarənin rəisi V.Möhsümova Azərbaycan və Türkiyə arasında münasibətlərin daha da inkişaf etdirilməsi və Regional İdarə ilə mədəni əlaqələrin genişləndirilməsinin önəmini vurğulayıb.

Görüşdə, həmçinin mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq, regionda mədəniyyət sahəsində birgə layihələrin həyata keçirilməsi, mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsi müzakirə olunub.

Daha sonra A.Gedikli V.Möhsümova ilə birgə Bərdə və Mingəçevir şəhər mədəniyyət müəssisələrinə baş çəkib, onların fəaliyyəti ilə yaxın tanış olub və gələcəkdə mədəniyyətin bütün sahələrində qarşılıqlı sıx əlaqələrin qurulmasının vacibliyini vurğulayıb. Qonaq qeyd edib ki, qarşılıqlı əməkdaşlıq gələcəkdə regionda mədəniyyət siyasətinin uğurla həyata keçirilməsinə böyük töhfə verəcək.

Xəbəri bayraqdar.info-ya Bərdə Regional Mədəniyyət İdarəsinin Mətbuat xidmətindən veriblər.

Mission News Theme by Compete Themes.