Press "Enter" to skip to content

“Məktəbdə…” yekun görüş

Son yeniləmə: 7 İyun 2022 15:50

Bayraqdar.info – “Məktəbdə…” layihəsi çərçivəsində növbəti görüş iyunun 9-da Bakı şəhəri 12 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bu barədə bayraqdar.info-ya iyunun 7-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlqalərə sektorundan məlumat verilib.

Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonaqları Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri olacaq: “Görüşdə müəllim-şagird münasibətləri, yeniyetmələrdə ictimai məsuliyyət hissi, təşəbbüskarlıq, ixtisas seçimi, peşə sahələrinə yönəlməyə təsir edən faktorlar və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək. Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır. Görüşü, həmçinin Baku TV, Media Türk və AzEdu Təhsil Portalı da işıqlandıracaq”.

Mission News Theme by Compete Themes.