Press "Enter" to skip to content

Давай до свидания, русский язык!

Rus dili bu məktəbləri birdəfəlik tərk edəcək...

Son yeniləmə: 8 İyun 2022 14:38

Bayraqdar.info – Latviya təhsil sistemi ən geci üç il ərzində rus diliylə birdəfəlik vidalaşır. Bu haqda xəbəri iyunun 7-də Latviyanın İctimai Yayımçısı paylaşıb.

Yayımçı bildirir ki, bununla bağlı ölkənin Baş naziri Krişyanis Karinş media üçün açıqlamasında bildirib. Baş nazir deyib ki, iyunun 6-da hökumət ortaqlarıyla müzakirə nəticəsində bu qərara gəliblər ki, rus diliylə yollarını əvvəl nəzərdə tutulduğu kimi 6 il deyil, 2 il içində ayırsınlar.

İyunun 7-də isə hökumət “Təhsil və ümumi təhsil haqqında” qanuna dəyişiklikləri dəstəkləyib. Dəyişikliklərə görə, 2023-cü ilin sentyabrından başlayaraq məktəblərdə təhsilin yalnız latış dilində olması prosesi başlayacaq və 2025-ci ilin sentyabrında bu keçid yekunlaşacaq.

Belə bir izahı ölkənin ədliyyə naziri Yanis Bordans verib. Bu keçidin bitməsilə də Latviya məktəbləri rus dilində tədrisdən ümumiyyətlə imtina edəcək.

Keçid planı da elan edilib. Plana görə, 2023-cü il sentyabrın 1-dən 1, 4 və 7-ci sinif şagirdləri yalnız latış dilində dərs alacaq. 2024-cü ilin sentyabrından isə 2, 5 və 8-ci siniflər də rus dilindən imtina edəcək. 2025-ci ilin sentyabrına gəlincə, artıq 3, 6 və 9-cu siniflərdə də rus dilindən imtina edilməklə ümumi təhsildə bu dillə məsələ qapanacaq.

Nazir onu da deyib ki, latış dilini irəli səviyyədə bilməyən şəxslər təhsil müəssisələrində işləyə bilməyəcək.

Necə deyərlər, darısı Azərbaycanın və digər türk dövlətlərinin başına…

Mission News Theme by Compete Themes.