Press "Enter" to skip to content

Buraxılış siniflərini 59 minə yaxın şagird bitirir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 8 İyun 2022 16:22

Bayraqdar.info – 2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 35 min 100, XI siniflərini 23 min 505, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər bitirir. Paytaxtda 46 min 470 nəfər I sinfi başa vurur.

Bu barədə bayraqdar.info-ya iyunun 8-də BŞTİ-nin İctimaiyyətlə əlaqlərə sektorundan məlumat verilib.

Bildirlib ki, cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 470 min 517 şagird təhsil alıb: “BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 29 115 müəllim fəaliyyət göstərir. 2021-2022-ci tədris ilində paytaxt üzrə 275 ümumi təhsil məktəbində fəaliyyət göstərən 1 min 70 məktəbəhazırlıq qrupuna 25min 484 uşaq cəlb olunub”.

Qeyd edilib ki, BŞTİ-nin tabeliyində 312 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb, 338 məktəbəqədər təhsil müəssisəsi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Mission News Theme by Compete Themes.