Press "Enter" to skip to content

Dünyanın gözü yenidən Ankarada

Ankaradakı mətbuat konfransı zamanı

Son yeniləmə: 8 İyun 2022 15:09

Bayraqdar.info – Hazırda dünyanın gözü yenə də Ankaradadır. Buna səbəb isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəridir.

Məsələ burasındadır ki, onun Ankarada türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşündə əsas müzakirə edilən məsələ dünyanın həyəcanla gözlədiyi Ukraynadan taxılın ixracı məsələsi olub.

Görüşdən sonra keçirilən mətbuat konfransında S.Lavrov bildirib ki, Rusiya tərəfi Ukrayna limanlarını tərk edən gəmilərin təhlükəsizliyini türkiyəli tərəfdaşları ilə koordinasıyada təmin etməyə hazırdır: “Biz Ukrayna limanlarından çıxan, boğazlarda hərəkət edən gəmilərin təhlükəsizliyini təmin etməyə hazırıq. Bunu bizim türkiyəli həmkarlarımızla birlikdə etməyə hazırıq”.

Beləliklə, bu açıqlama dünyanın qorxduğu taxıl və çörək böhranının qarşısını almaq üçün rəsmi Ankaranın önəmli addım atdığına işarə edir.

Qeyd edək ki, Mevlüt Çavuşoğlu öz Twitter hesabından məıtbuat konfransı ilə bağlı canlı paylaşım edib.

Mission News Theme by Compete Themes.