Press "Enter" to skip to content

Dövlət Məşğulluq Agentliyindən daha bir layihə

Son yeniləmə: 10 İyun 2022 17:42

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən peşəyönümü məsləhət xidmətini hədəf qruplarına daha əlçatan etmək məqsədilə “İş Klubu” layihəsinə başlayır.

Bu barədə bayraqdar.info-ya iyunun 10-da Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, layihə çərçivəsində tələbələr, yeni məzunlar, işsiz və işaxtaranlar əyani olaraq peşəyönümü məsləhət xidmətindən yararlanmaqla bərabər, iş axtarışı yollarını praktiki olaraq sınaqdan keçirmək imkanı əldə edəcəklər: “İştirakçılara əmək bazarının cari vəziyyəti, düzgün iş məqsədlərinin təyini, effektiv rezüme hazırlığı, istək məktubunun yazılma qaydaları, müsahibəyə hazırlıq, iş axtarışı alətləri ilə tanışlıq mövzuları barədə ətraflı məlumat veriləcək. Layihə 4 həftə davam edəcək. Son müraciət tarixi 17 iyundur. Müraciəti bu link vasitəsilə etmək olar. Layihədə aşağıdakı şəxslər iştirak edə bilər: İiş tapmaqda çətinlik çəkənlər, iş axtarışı barədə tam məlumatı olmayanlar, karyera planlamasında dəstəyə ehtiyac duyanlar”.

Qeyd edilib ki, iştirak üçün qeyd edilmiş onlayn müraciət formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına müsahibə mərhələsinə dəvət məktubu göndəriləcək.

Mission News Theme by Compete Themes.