Press "Enter" to skip to content

Türk Ağsaqqalları qardaş Qırğızıstanda səfərdədir

Qırğızıstan-Türkiyə "Manas" Universitetində

Bayraqdar.info – Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) nümayəndə heyəti qardaş Qırğızıstanda səfərdədir. Qurumun beynəlxalq əlaqələr departamentinin rəhbəri Elnur Eltürkün bayraqdar.info-nun Orta Asiya üzrə media tərəfdaşı Golden Bridge News-a verdiyi xəbərə görə, nümayəndə heyətinin üzvləri səfərin ilk günündə Qırğızıstan-Türkiyə “Manas” Universiteti ilə tanış olublar.

TAİB təmsilçilərinə təhsil müəssisəsinin fəaliyyəti, həyata keçirilən proqramlar və tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verilib.

TAİB-in sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeyif İmamverdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinə millət vəkili, Prof. Elman Nəsirov, Azərbaycanın Əməkdar həkimi, TAİB İdarə Heyətinin üzvü Məcid Hacıyev, TAİB İcra Aparatının rəhbəri Nicat Dağlar və TAİB beynəlxalq əlaqələr departamentinin rəhbəri Elnur Eltürk daxildir.

İyunun 13-də Bişkekdə TAİB, Qırğızısatan-Türkiyə “Manas” Universiteti və Azərbaycanın Qırğızıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş, “Tarix yazan liderlər” mövzusunda konfrans keçiriləcək.

Mission News Theme by Compete Themes.