Press "Enter" to skip to content

Yunus Oğuzun “Cığır”ı

Son yeniləmə: 13 İyun 2022 14:55

Bayraqdar.info – Yazıçı-publisist Yunus Oğuzun “Cığır” romanı çapdan çıxıb.

Bayraqdar.info xəbər verir ki, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş tarixi romanda 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilir.

Qeyd edək ki, kitabın ilk səhifələrində Milli Məclisin üzvü, akademik Nizami Cəfərov, filologiya elmləri üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəyi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Elnarə Qaragözova və filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan əsər haqqında öz fikirlərini bildiriblər.

Mission News Theme by Compete Themes.