Press "Enter" to skip to content

İnformasiya sistemləri istiqaməti üzrə peşə hazırlığı kursları

Son yeniləmə: 14 İyun 2022 16:31

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi müasir əmək bazarının tələblərini nəzərə alaraq informasiya sistemləri istiqaməti üzrə peşə hazırlığı kurslarının təşkilinə başlayır. Kurslar Agentliyin “4MAPS Academy” ilə birgə əməkdaşlıq çərçivəsində baş tutacaq.

Bu barədə bayraqdar.info-ya iyunun 14-də Agentlikdən bildirilib.

Qeyd edilib ki, informasiya sistemləri üzrə peşə hazırlığına cəlb olunacaq şəxslərə kurs müddəti ərzində Türkiyənin peşəkar müəllim-pedaqoji heyəti tərəfindən Coğrafiya informasiya sistemlərinin (GİS) əsas tətbiqləri, 3D xəritəçəkmə, şəhərsalmada GİS və s. haqqında ətraflı məlumat veriləcək: “3 aylıq kurs müddətində dərslər onlayn formada həftədə 3 dəfə, 2 saat olmaqla bütün mövzuları əhatə edəcək şəkildə tədris olunacaq. Kurs müddəti ərzində tədris türk dilində olacaq”.

Yeri gəlmişkən, peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək: “Kursu müvəffəqiyyətlə bitirən şəxslərin ”4MAPS Bilgi Teknolojileri” MMC-də məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək. Qeyd edilən istiqamət üzrə peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə Regional Məşğulluq filiallarına və ya “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyata düşə bilərlər”.

Mission News Theme by Compete Themes.