Press "Enter" to skip to content

“Nar”dan minifutbol üzrə milli komandamıza təbrik

Son yeniləmə: 15 İyun 2022 10:40

Bayraqdar.info – “Nar” Avropa çempionatının qalibi olan minifutbol üzrə milli komandamızı möhtəşəm uğuru münasibətilə təbrik edir. Qələbəni qeyd etmək üçün “Nar”ın dəstəyi ilə iyunun 15-də Bakı bulvarında milli komandanın da iştirakı ilə konsert proqramı keçiriləcək.

Bu barədə bayraqdar.info-ya verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Minifutbol Federasiyası, “Azfar Group” və “Zirə” Peşəkar Futbol Klubu təşkilatçılığı ilə baş tutacaq tədbirdə kubokun xüsusi avtobusla tamaşaçılara təqdim olunması gözlənilir.

“Qeyd edək ki, iyunun 11-də minifutbol üzrə Azərbaycanın yığma komandasıRumıniyanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu adını qazanıb. Ölkədə gənclər arasında idmanın təbliğinə hər zaman xüsusi diqqət ayıran “Nar” milli komandamıza bundan sonrakı fəaliyyətində də uğurlar arzu edir”, – deyə məlumatda daha sonra bildirilib.

Mission News Theme by Compete Themes.