Press "Enter" to skip to content

Qaliblər bəlli oldu

Son yeniləmə: 16 İyun 2022 13:43

Bayraqdar.info – Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Təhsil vloqeri” müsabiqəsinin qalibləri müəyyənləşib.

Bu barədə bayraqdar.info-ya Təhsil Nazirliyindən bildirilib.

Məlumata əsasən, müsabiqəyə ümumilikdə 400-ə yaxın müraciət daxil olub: “Müsabiqənin münsiflər heyəti tərəfindən təqdim edilən materialların təhlili aparılıb. Nəticələrə əsasən, Bakı şəhəri 136 nömrəli tam orta məktəbin STEAM müəllimi Sürət Mehdiyev və Gəncə şəhər Səməd Vurğun adına 41 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Arzu Kərimov müsabiqənin qalibləri elan edilib. Müsabiqə qalibləri mükafatlandırılacaqlar”.

Qeyd edilib ki, müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlərin ictimaiyyətə tanıdılmasıdır.

Mission News Theme by Compete Themes.