Press "Enter" to skip to content

Fars-molla rejimi Güneyli uşaqlara türk adını yasaqlamağa davam edir

Türk çocuqlarına türk adı yasaq

Son yeniləmə: 17 İyun 2022 14:55

Bayraqdar.info – Güney Azərbaycanlı sənətçi və milli fəal Yunis Mahmudi şəxsi Instagram səhifəsində bildirib ki, Təbriz şəhər Dövlət Qeydiyyat İdarəsi onun oğluna doğum haqqında şəhadətnamə verməkdən imtina edir. Buna görə də onun vəkili şikayət vermək və hüquqi tədbirlər görmək məcburiyyətində qalıb.

Xəbəri “Azad İran” Telegram kanalı Araz News-a istinadla yayıb.

Övladına Xaqan adını vermək istəyən ata yazıb: “Bir dəfə Xaqan doğulandan sonra doğum şəhadətnaməsi almaq üçün Təbrizin Qeydiyyat İdarəsinə getdim və mənə rədd cavabı verildi. Onlar etirazlarının səbəbini rəsmi adlar siyahısında Xaqan adının olmaması ilə əlaqələndirdilər”.

Molla rejimi Güneyli körpəyə türk adı qoymağı əngəlləyir

Xatırladaq ki, bundan öncə Güney Azərbaycanda bir sıra valideynlərin övladlarına Ayıl, Türkay, Yağış, Atakan, Oğuz, Alparslan, Tarkan, Anna, Anar kimi bir sıra türk mənşəli adlar qoyduqları üçün dövlət qeydiyyatı idarələrinin həmin uşaqlara doğum haqqında şəhadətnamə verməkdən imtina etdiyinə dair onlarla xəbər yayılıb. İranı idarə edən fars-molla rejimi bununla Güney Azərbaycanda yaşayan türklərin kimliyini unutdurmağa çalışır.

Mission News Theme by Compete Themes.