Press "Enter" to skip to content

İşçi görüşləri keçirilib

Görüş zamanı

Son yeniləmə: 17 İyun 2022 13:09

Bayraqdar.info – NATO-nun Müdafiə Təhsilinin Genişlənməsi Proqramı (DEEP) çərçivəsində proqramın Azərbaycan üzrə koordinatorları və NATO-nun müxtəlif təhsil üzrə ekspertləri ilə Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində işçi görüşü keçirilib.

Bu barədə bayraqdar.info-ya iyunun 17-də Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə hərbi təhsil sisteminin və əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, bu sahədə qazanılan təcrübə üzrə brifinqlər təqdim olunub: “Sonra qonaqlar proqrama uyğun olaraq, Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Tibb Universitetinin Hərbi Tibb Fakültəsində olublar. Burada onlara tədris prosesi barədə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib”.

Mission News Theme by Compete Themes.