Press "Enter" to skip to content

Azərbaycanla Özbəkistan strateji ortaqlığı daha da gücləndirəcək

İki qardaş ölkənin bayraqları

Bayraqdar.info – Azərbaycan Prezidenti İlham Əliyev qardaş Özbəkistana səfər edəcək.

Xəbəri Özbəkistan Prezidentinin ofisindən veriblər.

Xəbərdə deyilir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Azərbaycan Prezidenti İ.Əliyev iyunun 21-22-də bu ölkəyə dövlət səfəri gerçəkləşdirəcək.

Səfər çərçivəsində tərəflər Özbəkistan-Azərbaycan strateji ortaqlıq münasibətlərini daha da möhkəmləndirmək və çox yönlü iş birliyini genişləndirməklə bağlı məsələləri müzakirə edəcəklər.

2 Comments

Comments are closed.

Mission News Theme by Compete Themes.