Press "Enter" to skip to content

İranda hökm sürən kəskin yoxsulluq tənqidə səbəb olub

Məsud Pezeşkian

Bayraqdar.info – Fars-molla rejiminin idarə etdiyi İran İslam Şurası Məclisinin Güney Azərbaycanlı deputatı Məsud Pezeşkian yoxsulluq və işsizliyə görə rejimi sərt tənqid edib.

O, bildirib ki, İranda gənclərin problemi evlənmək yox, işsizlik, yoxsulluq, evsizlik və gələcəyə inamsızlıqdır.

M.Pezeşkian əlavə edib ki, hazırda ölkə gənclərinin çoxu ev kirayəsini ödəyə bilməyəcəyindən və övladına dörd ədəd bez almağa belə imkanı çatmayacağından evlənmir.

Millət vəkili gənclərin üzləşdiyi bu cür problemləri həll edilməz məsələlər adlandırıb.

Qeyd etmək lazımdır ki, ölkədə kəskin yoxsulluğun hökm sürdüyü bir vaxtda İranın ali rəhbəri Əli Xamenei və digər rəsmi şəxslər xalqı bu vəziyyətdən çıxarmaq barədə düşünmək əvəzinə, gənclərə çox uşağa sahib olmaq və bununla da İranda insanların sayını artırmağı tövsiyə edirlər.

Əlavə edək ki, xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Mission News Theme by Compete Themes.