Press "Enter" to skip to content

Milli komanda beynəlxalq turnirdə

Azərbaycan milli yığma komandası

Son yeniləmə: 20 İyun 2022 11:16

Bayraqdar.info – İyunun 21-də Rumıniyanın Georgeni şəhərində yeniyetmə və məktəbli boksçular arasında beynəlxalq turnir başlayacaq.

Bu barədə bayraqdar.info-ya Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Bildirilib ki, 6 gün davam edəcək yarışa Azərbaycan milli komandası da qatılacaq.

Azərbaycan milli yığma komandası oğlan və qız boksçular arasında keçiriləcək turnirdə 8 idmançı ilə təmsil olunacaq: “Yeniyetmə oğlanların yarışında Faiq Mollayev (48 kq), Tacı Nəsibov (50 kq), Məhəmmədəli Aşırəliyev (54 kq) və Məhəmmədəli Qasımzadə (57 kq) qalib adı uğrunda mübarizə aparacaq. Komandaya məşqçi Ağası Məmmədov rəhbərlik edəcək”.

Qız boksçuların yarışında isə ölkəmizin idman şərəfini Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) qoruyacaqlar. Onlar rinqə baş məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında çıxacaqlar: “İyunun 20-də səfərə yollanacaq yığma ayın 27-də Vətənə qayıdacaq”.

Qeyd edilib ki, turnirdə iyunun 20-də püşkatma və ertəsi gün ilkin döyüşlər olacaq. Final görüşləri isə iyunun 26-da olacaq.

Mission News Theme by Compete Themes.