Press "Enter" to skip to content

“Anadolu Qartalı – 2022” uğurla davam edir -VİDEO

Qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib

Son yeniləmə: 21 İyun 2022 15:07

Bayraqdar.info – Qardaş Türkiyənin Konya şəhərində “Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimi keçirilir.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya iyunun 21-də verilən məlumata görə, təlimin ilkin mərhələsində iştirakçılara təlimatçılar tərəfindən tərtib olunan plan üzrə təhlükəsizlik qaydaları çatdırılıb. Qeyd edilib ki, uçuş və digər tapşırıqlarla bağlı məsələlər izah olunub.

Plana uyğun olaraq hərbi pilotlar şərti düşmənin hava hücumundan müdafiə vasitələrini məhv etdikdən sonra təyin olunan hədəflərə aviasiya zərbələri endiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

Mission News Theme by Compete Themes.