Press "Enter" to skip to content

Araşdırmalar davam edir

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

Son yeniləmə: 21 İyun 2022 14:50

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinihsar qanunvericiliyinin tələblərinin pozulmaması və haqsız rəqabətə yol verilməməsi məqsədilə tədbirləri davam etdirir.

Bu barədə bayraqdar.info-ya Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu tədbirlər çərçivəsində Dövlət Xidməti tərəfindənmobil telefon cihazları bazarında araşdırmalar aparılıb, təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib: “Sorğuda tələb olunansənəd və məlumatları təqdim etməyən “V-TELECOM” MMC, “İMPERİUS” MMC və “BUL ELECTRONİCS” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə işqaldırıb. İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində(https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.)
yerləşdiriləcək”.

Mission News Theme by Compete Themes.