Press "Enter" to skip to content

Nəticələr açıqlanıb

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 21 İyun 2022 17:50

Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün 19 iyun 2022-ci il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının ikinci cəhdinin nəticələrini elan edib.

Bu barədə bayraqdar.info-ya iyunun 21-də DİM-dən məlumat verilib.

Bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər: “Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1021 namizəddən 11 nəfəri imtahana gəlməyib. 280 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib”.

Mission News Theme by Compete Themes.