Press "Enter" to skip to content

Venesiya Komissiyası “Media haqqında” qanunu tənqid edib

Media

Bayraqdar.info – İyunun 20-də Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanın qəbul etdiyi və hazırda qüvvədə olan “Media haqqında” qanunla bağlı geniş və sərt tənqidini açıqlayıb. Ümumilikdə 22 səhifəni əhatə edən sənəddə qanunun müxtəlif maddə və tələbləri tənqid olunur və qəbuledilməz kimi dəyərləndirilir.

Məsələyə münasibət bildirən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) bununla bağlı iyunun 21-də açıqlama ilə çıxış edib.

MEDİA-nın açıqlamasına görə, sözügedən Komissiya qanunu təhlil edərkən düzgün nəticə çıxarmayıb və irəli sürülən tənqidlər əsassızdır.

“Təəssüflə vurğulayırıq ki, bəzi media subyektlərinin Komissiyanın rəyində əks olunmuş fikirləri kontekstdən çıxararaq təqdim etməsi ictimai fikirdə çaşqınlıq yaratmağa hesablanıb və Azərbaycanda həyata keçirilən media islahatlarına tendensiyalı münasibətin nəticəsidir. Venesiya Komissiyasının öz rəyində Qanunun bir çox maddələrini müzakirə predmetinə çevirməməsi, MEDİA Agentliyinin mövqeyi ilə uzlaşan yanaşma sərgiləməsi təqdirəlayiqdir və beynəlxalq təşkilatla səmərəli dialoqun göstəricisidir”, – deyə MEDİA-nın açıqlamasında bildirilir.

Mission News Theme by Compete Themes.