Press "Enter" to skip to content

Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin iştirakı ilə kurslar

Xüsusi mina təmizləmə və axtarma kursu

Son yeniləmə: 22 İyun 2022 16:27

Bayraqdar.info – Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün xüsusi mina təmizləmə və axtarma kursu başlanılıb. Kurslar Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin iştirakı ilə keçirilir.

Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kurs zamanı hərbi qulluqçular xüsusi hazırlanmış mühəndis şəhərciyində minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirəcəklər.

Mission News Theme by Compete Themes.