Press "Enter" to skip to content

Bərdədə oxu mədəniyyətinə xidmət edən tədbir

Vəsilə Möhsümova çıxış edərkən

Bayraqdar.info – Bərdə şəhərindəki Heydər Əliyev Parkında açıq havada – təbiət qoynunda yaradıcı gənclərin yerli şairlərlə görüşü keçirilib.

Xəbəri bayraqdar.info-ya iyunun 23-də Bərdə Regional Mədəniyyət İdarəsindən veriblər.

Görüşdə İdarənin rəisi Vəsilə Möhsümova, mədəniyyət işçiləri, Gənclər və İdman İdarəsinin əməkdaşları, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Bərdə Regional ASAN Xidmət Mərkəzinin könüllüləri, mədəniyyət müəssisələrindən olan gənclər iştirak edib.

Xəbərdə deyilir ki, Bərdəli şairlər Nadir Qədimli, Nofəl Sadiq, Bəxtiyar Akifoğlu, Aqşin Hacızadə ilə oxucular arasında fikir mübadiləsi aparılıb.

V.Möhsümova çıxışında qeyd edib ki, “belə görüşlər gənclərin bədii ədəbiyyata marağının artırılmasına, şairlərlə oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət edir”.

Bundan sonra şairlər tədbir iştirakçılarını maraqlandıran suallara cavab verib və onlara bədii ədəbiyyat oxumağı, çoxlu mütaliəni tövsiyə ediblər.

Qeyd edilər ki, çıxışçılar belə tədbirlərin davamlı olmasının vacibliyini vurğulayıb.

“Tədbirdə yaradıcı gənclərin hazırladıqları əl işləri, rəsm əsərləri nümayiş olunmuş və gənc ifaçıların musiqi nömrələri dinlənilmişdir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.